Çindən Moskvaya BÖYÜK DƏSTƏK - Putinin əsaslı narahatlıqları nəzərə alınmalıdır
Çin tərəfinin fikrincə, Rusiya müstəqil ölkədir və maraqlarından çıxış edən strategiyanı müəyyən edə bilər. Azia.az APA-ya istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Xua Çunyin açıqlama verib.
O, Putinin Ukrayna ilə bağlı əsaslı narahatlıqlarının nəzərə alınmalı olduğunu qeyd edərək ABŞ-ın Ukraynaya silah satdığını xatırladıb.