Ərəbistandan gələn şəxs 10 milyonluq brilyantı ölkəyə keçirmək istədi - Görün necə (FOTOLAR)
İstanbulun Sabiha Gökçen hava limanında Birləşmiş Ərəb Əmirliklərindən gələn iranlı sərnişinin baqajına baxış zamanı şampun qutularına gizlədilən və dəyəri 10 milyon lirə olan brilyant ələ keçirİlib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, sərnişinin baqajı xüsusi cihazla yoxlanılıb. İranlı sərnişin saxlanılaraq, istintaqa cəlb edilib.
Qeyd edək ki, şampun qutularının içindən 19 ədəd bağlı torbalarda ümumi çəkisi 365,80 qram brilyant tapılıb.