azia.az
azia.az

Ukraynada nə qədər azərbaycanlı yaşayır?

21-02-2022, 10:22

Ukraynada nə qədər azərbaycanlı yaşayır?
“Ukraynada yaşayan Azərbaycan vətəndaşlarının dəqiq sayı tam bəlli deyil. Lakin Dnepr şəhərində 30 min, Dnepropetrovsk vilayəti üzrə isə 70 minə yaxın soydaşımızın yaşadığı məlumdur”.

Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

“Ukraynada on min, hətta yüz minlərlə azərbaycanlı yaşayır. Səfirliyə gündəlik əsasda təxminən 40-50 nəfər vətəndaş müraciət edir. Ötən ay ərzində 500-550, bu ay 300 vətəndaş müaraciəti qeydə alınıb. Vətəndaşlar əsasən yeni pasport almaq, pasportlarının müddəti bitdiyi və ya itirdikləri üçün onlara Azərbaycana qayıdış şəhadətnaməsi verilməsi, müxtəlif məzmunlu arayışlar (məhkumluq, qeydiyyat barədə arayış) almaq üçün səfirliyə müraciət edirlər.

Bundan başqa hüquq və mənafelərinin müdafiəsi məqsədilə müraciət edən vətəndaşlar olmuşdur ki, həmin vətəndaşlara səfirliyin səlahiyyətləri daxilində lazımi hüquqi yardım göstərilib”, - deyə səfirlikdən verilən məlumatda qeyd olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi