azia.az
azia.az

Toy zamanı quyuya düşən 13 nəfər can verdi

17-02-2022, 16:18

Toy zamanı quyuya düşən 13 nəfər can verdi
Hindistanın Uttar Pradeş əyalətində keçirilən toy mərasimi faciəvi sonluqla nəticələnib.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, Kusinaqar şəhərindəki toy mərasimi zamanı 13 nəfər quyuya düşüb.

Dəhşətli qəzada 13 qadın vəfat edib, 10 nəfər yaralanıb. Ölənlər arasında 1 və 10 yaşlı iki uşağın da olduğu bildirilir.

Ölənlərin toya qonaq qismində qatıldığı və toydan əvvəl 'Haldi' adət-ənənəsi icra edilərkən, qapaqla örtülmüş açıq quyuya düşərək dünyasını dəyişdikləri məlum olub.

Qeyd edilib ki, ağzını bağlamaq üçün quyunun üstünə qoyulan döşəmə üstündə oturan qadın və uşaqların ağırlığından sınıb və həmin an orada oturanların hamısı həlak olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi