Rusiyadan SENSASİON ADDIM:” İrana qoyulan embarqonun bizə dəxli yoxdur”
İranla hərbi-texniki əməkdaşlıq sahəsində Rusiya üçün heç bir embarqonun əhəmiyyəti yoxdur. Alp.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında Rusiya Federasiyası Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin Asiya üzrə İkinci Departamentinin direktoru Zamir Kabulov deyib.
“Biz İranla hərbi sahədə əməkdaşlığımızı davam etdiririk. Bu əməkdaşlıq davamlı olacaq”, – deyə Kabulov bildirib.
“Bu, görüləcək işin bir hissəsidir, ona görə də bizim tanıdığımız, BMT Təhlükəsizlik Şurası tərəfindən tətbiq edilən qanuni embarqo artıq yoxdur. İrana qoyulan embarqonun bizə dəxli yoxdur” ”.- bildirib.