ABŞ-la Rusiya arasında Əfqanıstan müzakirəsi
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı baş tutub.
Azia.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası məlumat yayıb.
Bildirilib ki, tərəflər təhlükəsizliklə əlaqədar əməkdaşlıq məsələlərini və Əfqanıstandakı vəziyyəti müzakirə ediblər.