azia.az
azia.az

Qumar biznesi Ermənistanı çökdürür

8-02-2022, 18:44

Qumar biznesi Ermənistanı çökdürür
Ermənistanda kənd təsərrüfatı sektorunda vəziyyət fəlakətli həddədir.

Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika Komitəsi məlumat yayıb.

Bu gün Ermənistanın iqtisadi strukturunda yalnız ticarət artır. Bu o deməkdir ki, illərdir ölkədə yalnız ticarətlə məşğul olublar.

Ermənistanda xidmət sektorunda lokomotiv rolunu üzərinə götürən qumar biznesi hesabına artım qeydə alınıb. Bu isə əhalini yoxsullaşdıran, nəticə yaratmayan bir sahədir və artım deyəndə məhz bu sahələrdən gələn artımları nəzərə alırlar. Bu sfera elə bir virusdur ki, daim yayılmağa meyllidir və Ermənistan hökumət buna qarşı tədbir görməsə, ölkə fəlakətli nəticələrlə üzləşə bilər. Amma hökumət üç ildir ki, qumar biznesinə qarşı mübarizə aparıldığını, oyun sektorunun böyüməsinə qarşı çıxmağa çalışdığını bildirsə də, reallıqda tamam başqa mənzərə qeydə alınır.

Hazırkı hökumət özündən əvvəlkini tənqid etsə də, sənayenin inkişafı sahəsində də real addımlar atmır.

Baş nazir Nikol Paşinyan birinciləri (Robert Köçəryan-Serj Sarkisyan) yalnız mədənçıxarmaya köklənib, iqtisadiyyat qurduqlarına görə tənqid etsə də, zaman göstərdi ki, o da sələflərinin qoyduğu ənənədən heç də geri qalmayıb.

Bu biabırçı vəziyyətlə paralel olaraq Ermənistanda bu gün, 1,1% geriləyən kənd təsərrüfatı var. Hökümət mal-qara təsərrüfatlarına və istixanalara kreditlər verir ki, bu da əslində dövlət vəsaitinin israfıdır. Çünki onlardan yalnız iri iş adamları istifadə edə bilər, halbuki onlara dövlətin yardım göstərməsinə belə ehtiyac yoxdur. Bu kreditlərdən isə adi kəndlilər deyil, varlının ailəsi və dostları istifadə edir.

Digər tərəfdən, dövlət kənd təsərrüfatı kreditlərini ucuz faizlə verdiyini açıqlasa da, Ermənistanın şərq sərhədlərində, Tavuş rayonunda və Zəngəzur bankların kəndlilərə kredit verməməsi problemli məsələ olaraq qalmaqdadır. Bank sektoru və hökümət rəsmiləri bilmirlər ki, o ərazilər Ermənistanda qalacaq, yoxsa Azərbaycanın nəzarətinə keçəcək. Kənd sakinləri kənd təsərrüfatı kreditləri almaq hüququndan məhrumdurlar, bu baxımdan da kənd sakinləri belə hesab edirlər ki, hökumət yalan danışır. Nəticdə Ermənistanın bölgələrindən, xüsusilə də sərhədyanı bölgələrdən əhalinin köçü günü-gündən artmaqda davam edir. Əgər Ermənistanda real vəziyyət bu minvalla davam edərsə, ölkə böyük demoqrafik fəlakətlə üzləşəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi