Jirinovskidən ŞOK TƏKLİF: Dollar qadağa olunsun, Avropanın da...
Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski yenə qalmaqallı açıqlamalar verib.
Azia.az xəbər verir ki, “Komsomolskaya Pravda” radiosunun efirində Jirinovski bildirib ki, Rusiyada dolların dövriyyəsinin qadağan edilməlidir. O eyni zamanda Avropaya qaz tədarükünü dayandırmaq barədə də çağırışlar edib.
“Dollarınızı götürün, Rusiyaya sizin dollarlarınız lazım deyil. Bu valyutadan imtina mühüm və qəti anti-Qərb addım olacaq. Biz çirkli əllərimizlə də ona toxunmayacayıq”.
Bundan əvvəl Jirinovski bildirib ki, Rusiya hakimiyyəti Qərblə problemləri ancaq hərbi yolla həll edə bilər. Onun fikrincə, Qərb əleyhdarlarının nüvə silahlarının məhv edilməsi vacibdir.
O, həmçinin Rusiya qazının Avropaya nəqlini dayandırmağa çağıraraq qeyd edib ki, Avropa İttifaqı ölkələrinin sakinləri donub üsyan etməlidirlər.
Bununla yanaşı Ukrayna barədə kəskin açıqlama verən siyasətçinin sözlərinə görə, Rusiya istəyərsə Ukraynaya elə bir zərbə vura bilər ki, hər şey yerlə-yeksan olar.Hətta o Rusiyanın bu addımı atmaq üçün nüvə silahı qədər güclü silaha sahib olduğuna da işarə edib.