ŞOK: “Putin Rusiyanı dağıdacaq, Tatarıstan və Başqırdıstan ayrılacaq, Kalininqrad Almaniyanın ştatına çevriləcək”
“Prezidentin Brüssel səfərinin nəticələri Azərbaycanı qərbə daha çox yaxınlaşdırmaq imkanına malikdir. Əminəm ki, Prezident İlham Əliyevin təcrübəsi və problemləri (post sovet məkanında) dərindən bilməsi Avropa İttifaqının rəhbərliyini qane edəcək”.
Azia.az xəbər verir ki, bu barədə sabiq spiker Rəsul Quliyev fikir səsləndirib. O bildirib ki, Soçidə Putinə isti münasibət bəsləsə də, onu problemlərin həll edilməsində əsas fiqur adlandırsa da, Paşinyanın ən böyük arzusu Rusiyanın “Böyük qardaşlığı”ndan xilas olmaqdır: “Belarusiyadan başqa keçmiş 14 ölkənin hamısı Putindən yaxasını qurtarmaq istəyir. Lukaşenko Rusiyaya məhəbbətdən ölkəsini Putinə satıb. Sadəcə olaraq bu adamı öz milləti qəbul etmir, ona görə də Putinin quluna çevrilib. Rusiyanın tanınmış şəxslərindən birinin “Slavyan xalqlarının birliyini heç kim poza bilməz” deməsi olduqca təhlükəlidir. Ona görə də, Rusiya, Ukrayna və Belarusiya həmişə bir yerdə olacaq. Qazaxıstan da slavyan qrupuna aiddir, çünki Qazaxıstanda çox adam rus dilndə danışır. Bu tipli bəyanatlardan qorxmamaq mümkün deyil. Həmdə Rusiyanın həmişə zəiflərə qarşı aqressor olduğu bütün dünyaya məlumdur”.
Rəsul Quliyevin sözlərinə görə, bu günlərdə keçirilən “7”lərin iclasında Putinə çox ağır mesaj verildi: Başqa dildə desək Putinə açıq mətnlə çatdırıldı ki, əgər Ukraynaya qarşı aqresiya olsa Rusiyanın axırına çıxacağıq .Putin Rusiyanı darmadağın edəcək. Rusiyadan Tatarıstan, Başqırdıstan, Qafqaz ölkələri və sair ayrılmaq üçün cəhd göstərəcək. Kalininqrad referendum yolu ilə yenidən Könsberq kimi Almaniyanın növbəti ştatına çevriləcək. Bu prosesləri Putin öz aqressiyası ilə tezləşdirir. Prezident Əliyev Qafqazın aparıcı respublikası və ağsaqqalı funksiyasını öz üzərinə götürməlidir. Gürcüstan Rusiya olan heç bir ittifaqa qoşulmaz. Ona görə də, əvvəldən nəzərdə tutulan 4-lük ittifaqına ,yəni Türkiyə-Gürcüstan-Azərbaycan-Ermənistan ittifaqına qayıtmaq lazımdır. Prezident Əliyev 2020-ci ilin axırından başladığı geopolitik siyasətinin real finalına yaxınlaşır”.