Moskva aeroportlarında 150-dən çox aviareyslər təxirə salındı
Axşam saatlarında Moskvanın “Vnukovo”, “Domodedovo” və “Şeremetyevo” hava limanlarından həyata keçrilməli olan 150-dən çox uçuş təxirə salınıb və ya ümumiyyətlə ləğv edilib.
Buna şəhərin üzərini alan qatı duman səbəb olub. Əlverişsiz hava şəraitinin gecə yarısınadək davam edəcəyi bildirilib. Rusiya KİV-lərinin yaydığı məlumatlara görə, bu gün səhər saatlarında da adıçəkilən hava limanlarından qalxmalı olan 200-dən çox aviareys yubadılıb və ya ləğv olunub.