Prokuror baş nazirə qadağa qoydu, baş nazir onu işdən çıxartdı
![]()
Haiti Baş naziri Ariel Henri baş prokuroru vəzifəsindən azad edib.
Azia.az xəbər verir ki, buna səbəb baş prokurorun onu prezident Xovenel Moizenin öldüyü sui-qəsdlə bağlı istintaqa cəlb etmək istəməsidir.
Baş prokuror Bedford Klaude həmçinin A.Henrini ölkədən çıxışına qadağa qoyulması ilə bağlı səlahiyyətli şəxslərə tapşırıqlar verib.
Klaude baş nazirdən Moizenin sui-qəsdindənki əsas şübhəlilərdən birinin cinayətdən bir neçə saat sonra nə üçün ona 2 dəfə zəng etdiyini açıqlamasını istəyib.
Qeyd edək ki, iyulda 53 yaşlı Haiti prezidentinin iqamətgahına silahlı hücum olub. Hücum nəticəsində prezident X.Moise və onun həyat yoldaşı qətlə yetirilib.