azia.az
azia.az

Avstraliyada seks qalmaqalları - müdafiə naziri və baş prokuror istefa verdi

29-03-2021, 18:25

Avstraliyanın baş prokuroru Kristian Porter və müdafiə naziri Linda Reynolds seksual zorakılıqla bağlı iki qalmaqalın fonunda istefaya gedib.
Avstraliyada seks qalmaqalları - müdafiə naziri və baş prokuror istefa verdi
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Skott Morrison bəyan edib.

Maraqlıdır ki, işlərdən birinin tarixi 1989-cu ilə gedib çıxır. Həmin vaxt Avstraliya parlamentininin binasında məktəb məzunlarının xüsusi təlim-tədris proqramı həyata keçirilirmiş. Bəhs olunan tarixdə polisə zorlama hadisəsi ilə bağlı xəbər daxil olub.

1989-cu ildə 17 yaşında olan indiki baş prokuror Kristian Porterin dərslərdə iştirak edən 16 yaşlı bir qızı zorladığı iddia edilib. Xəbərin uzun müddətdən sonra sızması ilə baş prokuror bu ilin mart ayında ABC telekanalını məhkəməyə verib və 33 il öncə olmuş hadisəni tamamilə inkar edib.

Müdafiə naziri Linda Reynoldsa gəlincə, onun rəhbərlik etdiyi qurumun adı 2019-cu ilin martında bənzər qalmaqala qarışıb. Baş nazir Skott Morrisonun liderlik etdiyi Liberal partiyanın bir üzvünün Müdafiə nazirliyinin bir əməkdaşını zorladığı ortaya çıxıb. Nazir bununla bağlı raport verildiyini etiraf edib. Lakin o, hadisənin ictimaiyyətdən məxfi saxlanılması üçün kimlərəsə təzyiq göstərmədiyini bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi