Hizbullah İrandan yanacaq alır?
Hizbullah Livandakı yanacaq böhranını İrandan neft məhsullarının tədarükü hesabına həll etməyi planlaşdırır.
Azia.az xəbər verir ki, bunu Hizbullah lideri Həsən Nəsrullah deyib.
Onun sözlərinə görə, artıq avqustun 19-da İrandan Livan sahilinə tanker göndərilib:
“Biz heç kimlə rəqabət etmək istəmirik. Məqsədimiz təkcə şiələrə yox, bütün Livan rayonlarına, icmalarına və əhali qruplarına yardım etməkdir”.