Çavuşoğlu Ukraynaya gedir: “Krım platforması”...
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Krım platforması" sammitində iştirak edəcək.
Azia.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, bu məqsədlə nazir avqustun 23-də Ukraynaya səfər edəcək.
"Krım Platforması" sammitində 44 ölkə və beynəlxalq təşkilatların rəsmilərinin iştirakı planlaşdırılır.