azia.az
azia.az

Peyvənd olunanlara 100 dollar ödənəcək

30-07-2021, 12:01


Birləşmiş Ştatların prezidenti Cozef Bayden koronavirusdan vaksin edilən hər amerikalıya 100 ABŞ dolları ödəməyi təklif edib.

Bu barədə ABŞ-ın Maliyyə Nazirliyi bildirib.

"Prezident bu gün ştatları və regionları, həmçinin yerli hakimiyyət orqanlarını peyvənd stimulunu artırmaq, ictimaiyyəti və insanların həyatını qorumaq üçün əlavə təşviq olaraq hər yeni vaksin olunan amerikalı üçün 100 dollar ödənişi təmin etməyə çağırdı. Maliyyə Nazirliyi yerli hakimiyyət orqanlarına texniki yardım göstərməyə hazırdır", - deyə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

ABŞ-da artıq 160 milyondan çox insan peyvənd edilib. Bu, ölkə əhalisinin yarısından cüzi sayda azdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi