Paşinyan hərbiçilərin gizlədildiyi meyitxanaya girdi - VİDEO
Qəsbkar Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu gün Kotayk vilayətinin Abovyan şəhərindəki elmi və praktik məhkəmə-tibbiekspertiza mərkəzini ziyarət edib.
Azia.az xəbər verir ki, NEWS.am-ın yaydığı məlumata görə, N.Paşinyan mərkəzə baxış keçiribvə iş şəraiti ilə tanış olub.
Bir neçə gün əvvəl Abovyan meyitxanasında hərbi qulluqçuların cəsədlərinin düzgün saxlanılmadığına dair yayımlanan kadrlarla əlaqədar Paşinyana izahatverilib.
“DNT testi üçün lazım olan cihaz Abovyan mərkəzində olduğundan cəsədlər DNT nümunəsi götürülməsi və identifikasiyası üçün Abovyan meyitxanasına gətirilib.
Cəsədlər hazırda Martuni meyitxanasındadır və müvafiq şəraitdə saxlanılır” – morqda Ermənistan baş naziri vəzifəsini icra edən şəxsə belə izahat verilib.