Paşinyan: "Azərbaycanlılar geri çəkilməsə, vəziyyət genişmiqyaslı münaqişəyə çevriləcək"
Bu barədə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Təhlükəsizlik Şurasının dünən keçirilən iclasında bildirib.
Qeğarkunik və Kut (Zərkənd - red.) bölgəsini ziyarət etdim. Deyə bilərəm ki, vəziyyət gərgin olaraq qalır”.
Qazet.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Təhlükəsizlik Şurasının dünən keçirilən iclasında bildirib.
“Vəziyyət həll olunmasa, bu məsələnin genişmiqyaslı bir münaqişəyə çevrilməsi qaçılmaz olacaq. Azərbaycan öz hərəkətlərini sərəncamındakı bəzi xəritələrlə əsaslandırdığından sərhəd xəttinin yeri və coğrafiyasına dair bizim və onların fikirlərinin fərqli olduğundan xəbərdarsınız. Əlbəttə ki, biz bu qiymətləndirməni bölüşmürük və bu mövzuda konkret mövqeyə sahibik”, - Paşinyan qeyd edib.