Azərbaycanlılar Moskvanın mərkəzində atışdılar - Pul üstündə
Bir tapança və oldu silahdan açılan atəşlə iki yaralı - Moskvanın mərkəzində baş verən atışmada üç nəfər saxlanılıb.
Milli.Az kp.ru-ya istinadən xəbər verir ki, milliyyətcə azərbaycanlı olan şəxslərlə ruslar arasında pul üstündə dava düşüb. Mal yüklənsə də, alıcılar ödəməni gecikdiriblər. "Kafedə görüşüb söhbət ediblər, mübahisələri əvvəlcə əlbəyaxa döyüşə, sonra da silahlı qarşıdurmaya çevrilib", - deyə polisdəki mənbə nəşrə bildirib. Hər üç şəxs saxlanılıb.