Zelenski Rövnəq Abdullayevlə məsləhətləşir
Azia.az təqdim edir. Ukrayna Prezidenti Vladimir Zelenski İsveçrənin Davos şəhərində ARDNŞ (SOCAR) prezidenti Rövnəq Abdullayevlə görüşdə infrastruktur layihələrinə, müəssisələrə, eləcə də Ukraynanın qaz ötürmə güclərinə sərmayə qoymağın vacibliyini qeyd edib.
Virtualaz.org Ukrayna dövlət başçısının mətbuat xidmətinin çərşənbə axşamı verdiyi məlumata istinadən bildirir ki, V.Zelenski 2019-cu ilin dekabr ayında Azərbaycana etdiyi səfəri xatırladıb. Prezidentin sözlərinə görə, bu səfər məhsuldar olub: "Hesab edirəm ki, o nəinki ölkələrimiz arasındakı münasibətləri yeni səviyyəyə qaldırdı, həm də insanlıq baxımından isti idi".
Görüşdə dövlət başçısının Azərbaycana səfəri zamanı ARDNŞ-in yeni layihələrinin həyata keçirilməsi üzrə əldə olunmuş razılaşmalarla bağlı müzakirə aparılıb.