azia.az
azia.az

İsrail karantin rejimindən mərhələli çıxışa başlayır

20-04-2020, 00:01


İsrail karantin rejimindən mərhələli çıxışa başlayır

İsraildə koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimindən mərhələli çıxış başlayır.
İsrail karantin rejimindən mərhələli çıxışa başlayır
Bunu milli televiziyanın efirində ölkənin Baş naziri Binyamin Netanyahu deyib.

Baş nazirin sözlərinə görə, vətəndaşların təxminən 30 faizi işləyə biləcək: "Ticarət mərkəzlərində yerləşməyən elektronika, məişət əşyaları, eynək, kompüter avadanlıqları, kitab satan mağazalar açılacaq".

B.Netanyahu açıq məkanlarda ibadət qadağasının ləğv olunacağını da bildirib.

Həmçinin baş nazir bildirib ki, ictimai nəqliyyatın hərəkəti, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil sistemində dərslər, uşaq bağçalarının işi bərpa ediləcək.

Trend xatırladır ki, İsraildə koronavirusa 13 265 nəfər yoluxub, onlardan 164-ü ölüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi