azia.az
azia.az

Avstraliyada bərpa işlərinə 1 milyard dollar ayrılıb

10-01-2020, 11:18


Cənubi Velsin yeni hökuməti cümə axşamı Avstraliya hakimiyyətinin əhalinin sıx məskunlaşdığı cənub-şərqdə yeni kütləvi evakuasiya çağırışı etdiyi bir vaxt yşayış bölgələrinin bərpasına bir milyard Avstraliya dolları ($686 milyon dollar) vəd edib.
Avstraliyada bərpa işlərinə 1 milyard dollar ayrılıb
Viktoria əyalətinin sahil Mallakuta bölgəsinin sakinlərinə təxliyə olunmaq tövsiyəsi olunub.

"Bu gün və gələn həftə ərzində isti hava şəraitinin davam etdiyi bir vaxt yanğın bölgəsindəki icmalara mesajlar göndəriləcək və bu mesajlar insanlara yanğın zonasında olduqlarını və ərazini tərk edə bildikləri təqdirdə, ərazini tərk etməli olduqlarını çatdıracaq. Çünki biz onların təhlükəsizliyinə zəmanət verə bilməyəcəyik" - deyə, Viktoriya vilayətinin baş naziri Daniel Endrüs bildirib.

Cümə axşamı günü Cənubi Velsin baş naziri yanğınların təsirinə məruz qalan icmalar üçün eyni miqdarda qiymətləndirilən bərpa paketinin ayrılacağını elan edib.

Avstraliyada tüğyan edən yanğın səbəbilə minlərlə insan evsiz qalıb. İndiyədək yanğın səbəbilə 37 nəfər ölüb və 8 milyard hektardan çox ərazi yanıb./Amerikaninsesi.org/


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi