azia.az
azia.az

Lukaşenko zarafatla vəzifə təklif etmişdi, deputat oldu – Fotolar

19-11-2019, 10:56

Lukaşenko zarafatla vəzifə təklif etmişdi, deputat oldu – Fotolar
Müxalifət nümayəndələri Belarus parlamentinin aşağı palatasının yeni tərkibinə daxil ola bilməyiblər. “Qafqazinfo” xəbər verir ki, bunu Respublika Mərkəzi Seçki Komissiyasının saytında dərc olunan məlumatlar sübut edir. Belarus MSK-nın ilkin məlumatına görə, seçici fəallığı 77,2 faiz olub. Parlamentə seçilən ən məşhur namizədlər arasında Liberal Demokratik Partiyasının sədri Oleq Qaydukeviç, “Belaya Rus” ictimai birliyinin rəhbəri Qennadi Davıdko da var.
Belə ki, Belarus lideri ötən ilin iyulunda Belıniçax rayonuna səfəri zamanı “Rodina” kolxozuna baş çəkmişdi və 21 yaşlı Vasilyeviç də tədbirə qatılmışdı. Onun o zaman orada nə iş gördüyü KİV və sosial şəbəkələrdə sual olaraq qalmışdı.
Lukaşenko zarafatla vəzifə təklif etmişdi, deputat oldu – Fotolar
“Rodina” kolxozunun muzeyini ziyarət edən Lukaşenko, Mariya Vasilyeviçin təsərrüfatın ilk sədrinin masasında oturmağı və zarafatla ona kənd təsərrüfatı müəssisəsinə rəhbərlik etməyi təklif etmişdi.

Daha sonra gənc qız jurnalistlərə bildirmişdi ki, əgər Lukaşenko ciddi danışsa və təklif etibarlıdırsa, o, özünü kənd təsərrüfatında sınamağa hazırdır.
Lukaşenko zarafatla vəzifə təklif etmişdi, deputat oldu – Fotolar
Xatırladaq ki, noyabrın 17-də Belarusda Milli Məclisin Nümayəndələr Palatası – parlamentin aşağı palatası üçün seçkilər keçirilib. Vətəndaşlar 110 deputat seçməli idilər. Parlament seçkilərini ATƏT və MDB missiyalarının nümayəndələri izləyiblər. Ümumilikdə, Belarusda parlament seçkilərinə dörd minə yaxın müşahidəçi qatılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi