azia.az
azia.az

Türkiyədə törədilmiş partlayışa görə 16 nəfər saxlanılıb

8-07-2019, 08:22

Türkiyədə törədilmiş partlayışa görə 16 nəfər saxlanılıb
Türkiyənin hüquq-mühafizə orqanları Hatay vilayətində baş vermiş partlayışa görə 16 nəfəri saxlayıb. Onlar Reyhanlı və İskənderun rayonunda keçirilmiş xüsusi əməliyyat nəticəsində ələ keçib. Saxlanılanlar təhlükəsizlik idarəsinə aparılıb.Qeyd edək ki, partlayış iyulun 5-i Türkiyənin Hatay vilayətin Reyhanlı rayonunda qeydə alınıb.Məlumata görə, avtomobil partlaması ilə baş verən insident nəticəsində ölən və yaralanan şəxslər var.Ölənlər arasında 3 Suriya vətəndaşının olduğu bildirilir. Daha 5 suriyalı isə yaralanıb.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisənin terror aktı olduğunu istisna etməyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi