Kəsmiklə balı birgə yeyin – Zəif orqanizmin dərmanı
Kəsmik və bal birlikdə dəyəri və vitamin tərkibinə görə ən möcüzəvi ikilidir. Azia.az xəbər verir ki, orqanik, yağsız kəsmiyin üzərinə 1-2 qaşıq bal töküb yemək immuniteti möhkəmləndirir, müxtəlif səbəblərdən zəifləmiş orqanizmi bərpa edir. Ona görə bu iki ərzağı mütləq və birlikdə yemək lazımdır.
Bu qarışımı ya səhərlər, ya da axşam yuxudan əvvəl qəbul edin. O, vitamin ehtiyatını artırır, mədə-bağırsaq sisteminin işini yaxşılaşdırır, antistress təsir göstərir, yuxunu bərpa edir. Uzun müddət antibiotik qəbul edən uşaq və yaşlılarda bağırsaq mikroflorasını bərpa edir. Həmçinin bu qarışım uşaqların bədənini möhkəmlədir. Ağır dərs yükü olan məktəblilərə həftədə 4-5 dəfə verə bilərsiz.