azia.az
azia.az

146 saylı orta məktəbdə yeni il RƏZALƏTİ

18-12-2018, 10:50

146 saylı orta məktəbdə yeni il RƏZALƏTİ
Hər il olduğu kimi, yeni il şənliklərinin təşkili bəhanəsi ilə bu il də bəzi orta təhsil müəssisələrində rüşvət oyunlarına yenidən start verilib. Son vaxtlar ölkə rəhbərliyinin tapşırıqları əsasında digər sahələrdə olduğu kimi, təhsil sahəsində də xeyli islahatlar həyata keçirilib. Lakin çox təəssüf ki, bu sahədə şəffaflıq tam təmin edilməyib. Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində ölkəmizdə minlərlə orta məktəb tikilib, əsaslı təmir edilib və ən müasir avadanlıqlarla təmin edilib. Qısası, təhsil strategiyası uğurla həyata keçirilsə də, buna süni şəkildə mane olan şəxslər də var.

AZİA.AZ xəbər agentliyinə C.Rəhimov adına 146 saylı orta məktəb və həmin təhsil müəssisəsinin direktoru Gülzadə Məmmədova haqqında daxil olan məlumatlar onu deməyə əsas verir ki, həqiqətən də təhsil sahəsində ciddi mənfi hallar var və bütün bu xoşagəlməz nüanslar aradan qaldırılmalıdır. Məsələn, 146 saylı orta məktəb haqqında redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, yeni illə bağlı ötən il olduğu kimi, bu il də şagirdlərdən yığımına start verilib. Adıçəkilən məktəblə bağlı redaksiyamıza şikayət məktubu ünvanlayan valideyndir və onun adının çəkilməsini ona görə istəmirik ki, övladı məktəbdə təzyiqə məruz qalmasın. Məktubda bildirilir: “Məktəbdə 6-9 sinif şagirdlərindən 15-20 manat pul yığılır, özü də rüşvət hansısa müəllimin vasitəsi ilə yox, şəxsən direktor Gülzadə müəllimənin diktəsi ilə yığılır. Eyni zamanda 11 sinif şagirdlərindən illik pul yığılır. Ona görə ki, yuxarı sinif şagirdləri repetitor yanına gedirlər, dərslərində xeyli qayıb yaranır. Yəni müəllim yanına hazırlığa gedirlər, dərsə getmirlər. Bu da direktorun razılığı olur. Ancaq illik pul almaq şərti ilə...”.

AZİA.AZ saytı olaraq məktubda yazılan ittihamların nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün 146 saylı məktəbin direktoru G.Məmmədova ilə əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, məktubda yazılanlar tamamilə şər-böhtandır: “Yalan şeylərdir, bizim məktəbdə elə bir hallar yoxdur. Heç kəsdən pul yığılmır, özü də yeni il bayramına görə. Yuxarı sinif şagirdlərindən də pul yığılmır. Mən qısa müddətdir ki, direktoram, əminliklə deyirəm, bizdə o cür mənfi hallar ola bilməz”.

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi