azia.az
azia.az

Ən pis qoxulu sabunun möcüzəsi - Çoxlarının uzaq qaçdığı “deqtar”

19-11-2018, 08:18

Ən pis qoxulu sabunun möcüzəsi - Çoxlarının uzaq qaçdığı “deqtar”

Çoxumuz marketlərdə ətirli və rəngarəng sabunlarla yanaşı qara rəngli, pis qoxulu sabunlara da rast gəlirik. Onlardan biri də ağcaqayın ağacının qarayağından hazırlanan "deqtar” sabundur.

Bu təbii sabunun tərkibinə əlavə heç bir şey vurulmur. Hətta ətirləndirici belə.

Əksəriyyət rənginə və pis iyinə görə bu sabunu almağı və istifadə etməyi heç ağlından belə keçirmir. Amma öz müalicəvi xüsusiyyətləri ilə fərqlənən bu sabun kosmetologiyada bəzi xəstəliklərin profilaktikasında uğurla tətbiq edilir.

Medicina.az pis iyinə görə sevilməyən bu sabunun faydalarını təqdim edir:

1. Üz dərisi üçün

Əgər dərinizdə tez-tez sığanaq və səpgilər əmələ gəlirsə, o zaman qarayağlı sabundan istifadə edin. Sabun quruducu tərkibə malikdir ki, bu xüsusiyyət üzdə olan sızanaqları yox edir. Bundan əlavə qarayağlı sabun qətiyyən allergiyaya səbəb olmur, buna görə də ondan qorxmadan istifadə etmək olar.

2. Kəpək əleyhinə

Bu sabun başın dərisində olan xırda çatları sağaldır. Buna görə də kəpəkdən xilas olmaq istəyənlər bu sabunla başlarını yusalar, müsbət nəticə əldə edəcəklər. Bundan əlavə, sabundan saç tökülməsinin qarşısını almaq üçün də istifadə edilir. İstifadə zamanı saçları yaxşıca isladın, sabunu əvvəlcə saçların diblərinə çəkin, sonra isə bütün uzunluğu boyunca yayın. İki dəqiqədən sonra saçlarınızı təmiz yuyun. Daha sonra saçlarınıza balzam və ya qidalandırıcı maska vura bilərsiniz. Mütəmadi olaraq istifadə etdikdə kəpəyin tədricən yoxa çıxdığının şahidi olacaqsınız.

3. Dəri xəstəlikləri

Dermatit, ekzema, psoriaz, və bir çox başqa xəstəliklər artıq sağalmaz deyil. Ağcaqayın ağacının qarayağından hazırlanan sabun dərinin regenerasiya qabiliyyətini artırır və nəticədə dərinin sağalması sürətlənir.

4. İntim gigiyena

Ağcaqayın ağacının qarayağından hazırlanan sabun bir çox infeksiyalar, virusları və göbələkləri məhv etmək qabiliyyətinə malikdir.

5. Yaraları yumaq

Tərkibi 10 % qarayağ, yerdə qalan 90 %-i isə adi sabundur. Onun tərkibində virusları, bakteriyaları, göbələkləri məhv edən qələvi törəmələr və fenol olur. Buna görə də bu sabun yaraların yuyulmasında, sızanaq və digər problemlər zamanı tətbiq edilir.

6. Tərdən qorunmaq

Yayda "deqtar” sabunla qolaltı və ayaqları yuyaraq onların tərləməsinin qarşısını almaq olar. O təkcə tər iyini yox, həm də tər ifrazını da azaldır. Sabunun pis iyi olmasına baxmayaraq tez bir zamanda itir.

Onu da qeyd edək ki, "deqtar” sabunu pis iyli olduğuna görə, çox adam ondan istifadə etmir və əllərini, saçlarını onunla yuyacaqları zaman pis iy gələcəyini düşünürlər. Lakin bu belə deyil. Çox pis iyli olmasına baxmayaraq bur müddətdən sonra iy tamamilə çəkilir. Buna görə də çəkinmədən bu "pis iyli möcüzə”dən istifadə edə bilərsiniz.

Arzu


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi