azia.az
azia.az

Qocalmanın doqquz əlaməti

24-11-2018, 08:19

Qocalmanın doqquz əlaməti
“Bioloji yaşlanma dövründə orqanizmdə yaxşıya doğru heç bir proses baş vermir”.

Eurasia Diary Sputnik.az-a istinadən xəbər verir ki, bu fikri İspaniyadakı Milli Onkoloji Araşdırmalar Mərkəzinin həkimi, yaşlanma əlamətləri üzrə tədqiqatlara dair hesabatların müəlliflərindən biri olan Manuel Serrano ifadə edib.

Bu tədqiqatların nəticəsində məməli canlılar, o cümlədən insan orqanizmində yaşlanma prosesinin aşağıdakı doqquz əlaməti müəyyən olunub:

Birincisi, dezoksiribonuklein turşusu (DNT) — yəni hüceyrələr arasında əlaqə yaradan genetik kodumuz pozulmağa başlayır və xüsusi fəaliyyət üçün yaranan kök hüceyrələri də təsiri altına alır. Bu proses onkoloji xəstəliklərin meydana gəlməsinə səbəb olur.


İkinci əlamət xromosomların qapağı sayılan telomerlərin köhnəlməsi və onların zərər görməsidir. Bunun nəticəsində ağciyər fibrozu və aplastik anemiya təhlükəsi meydana gəlir. Hazırda alimlər bu prosesi ləngitmək üçün telomeraz adlı maddə üzərində iş aparırlar.

Üçüncü əlamət hüceyrələrin davranışlarının pozulması ilə bağlıdır. Bu prosesdə konkret olaraq bir hüceyrədəki minlərlə gen onun istiqamətini müəyyən edir. Məsələn, hüceyrənin dəri, yoxsa beyin hücrəsi olduğu təyin edilir. Lakin onların davranışının pozulması skleroz kimi xəstəliklərin ortaya çıxması ilə nəticələnir.

Dördüncü və beşinci əlamətlər hüceyrələrin özünüyeniləmə qabiliyyətinin azalması və metabolizm üzərində nəzarəti itirmələri ilə müşayiət olunur. Yaşlanma prosesində “ölən” hüceyrələrin yenilənməsi prosesi xeyli ləngiyir və onlarda toksik zülallar yığılmağa başlayır. Bu zəhərli maddələrin əksəriyyəti Altzheymer və Parkinson xəstəliklərinə səbəb olur. Digər tərəfdən, hüceyrələr yağ və şəkər kimi qidaları yetərincə mənimsəyə bilmədiyi üçün metabolizm qabiliyyəti azalır və şəkərli diabetin yaranması ehtimalı güclənir.

Daha bir – altıncı əlamət hüceyrələri enerji ilə təmin edən mitokondrilərin təsirinin azalması və bunun nəticəsində DNT-nin zərər görməsidir. “Nature” jurnalında dərc olunmuş bəzi tədqiqatların nəticələri göstərib ki, mitokondrilərin fəaliyyətinin bərpa edilməsi canlıların ömrünü uzadır.

Yeddinci əlamət hüceyrələrin “zombi”yə çevrilməsi – yəni onların digər qüsurlu hüceyrələrin meydana gəlməsinin qarşısını ala bilməməsi və qeyri-təbii hərəkətidir. Qüsurlu hüceyrələr parçalanmaya davam edir, lakin ölmür. “Senescent” deyilən bu hüceyrələr məhz yaşlanma əlamətidir. Hazırda genetika mühəndisləri onların aradan qaldırılması istiqamətində tədqiqatlar aparırlar.

Nəhayət, səkkizinci və son əlamətlər kök hüceyrələrin enerjisinin tükənməsi və onlar arasında əlaqənin yox olması ilə əlaqəlidir. Enerjinin azalması hüceyrələrin yenilənmə, koordinasiya imkanlarının da tədricən tükənməsinə səbəb olur. Serranonun sözlərinə görə, orqanizmin yaşlanması labüd olsa da, sağlam həyat tərzi bu prosesi ləngidə bilər


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi