Dövlət sirrini qoruyacaq orqanların siyahısını dəyişdi
"Dövlət sirri haqqında" Qanun layihəsinə dəyişiklik edilib. Qanun layihəsi barədə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verib. Z.Əsgərov bildirib ki, Prezident İlham Əliyevin təklifinə əsasən, qanuna ediləcək dəyişiklik əsasında dövlət sirrinin qorunması ilə bağlı dövlət orqanlarının siyahısı genişləndirilir. “Dövlət sirrinin mühafizəsinin təmin olunmasına idarələrarası və idarə nəzarətini həyata keçirəcək orqanların siyahısına müvafiq icra hakimiyyəti orqanları da əlavə edilir.”