azia.az
azia.az

Almaniyanın 3 milyon mütəxəssisə ehtiyacı olacaq: işçi tələb olunan PEŞƏLƏR

24-10-2018, 11:53

Avropanın ən nüfuzlu konsaltinq şirkətlərindən biri hesab edilən “Prognos”un verdiyi məlumata görə, 2030-ci ilə qədər Almaniyanın əmək bazarı 3 milyon mütəxəssis çatışmazlığı ilə üzləşəcək. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub.

Məlumatda qeyd olunur ki, Almaniyada əcnəbilər, o cümlədən azərbaycanlılar üçün ən perspektivli və arzuedilən peşələr üzrə həm bu gün, həm də yaxın gələcəkdə iş tapmaq imkanı genişlənəcək.

Sabitliyi və müxtəlifliyi ilə seçilən Almaniya iqtisadiyyatı yerli əmək bazarının inkişafı üçün çox əlverişli şərait yaradır. Avropa İttifaqına üzv olan digər dövlətindən fərqli olaraq, son on il ərzində işsizlərin sayı iki dəfəyə yaxın azalıb və bu gün dünyanın müxtəlif ölkələrindən olan qaçqınlar deyil, eyni zamanda bəzi Avropa və Şimali Amerikanın olduqca zəngin bölgələrindən ixtisaslı mütəxəssislər də bu ölkədə iş axtarmaqda davam edir. Almaniyanı seçənlər arasında soydaşlarımızın da sayı artır.

Almaniyada hökumətin apardığı davamlı islahatlar, İşəgötürmə üzrə Federal Agentliyinin faydalı işi, geniş miqyaslı mərkəzləşmə və həmkarlar ittifaqları ilə işəgötürənlərin uğurlu qarşılıqlı əlaqəsi vətəndaşların əmək hüquqlarının qorunması şərtilə əcnəbilərin də işlə təmininə şərait yaradır.

Əlbəttə ki, xaricdən gələn hər bir işçi yalnız boş iş yerlərinə iddialı ola bilər. Boş iş yerləri isə bütün peşələri əhatə etmir.

2018-ci ildə Almaniyada orta əmək haqqı Avropada ən yüksək səviyyədə olub. Ölkənin əla infrastrukturu, yüksək keyfiyyətli tibb, təhsil və sosial təhlükəsizlik sistemi var. Ümumiyyətlə, yaşamaq və uğurlu bir karyera qurmaq üçün optimal şərait yaradılıb. Belə bir şəraitdə Almaniyaya qaçqın statusu almaq üçün gəlmək məqsədə müvafiq deyil. İş vizası almaqla işləməyə gəlmək daha əlverişlidir. Almaniyaya iş vizası almaq üçün MDB ölkələrindən gələn əcnəbilər işəgötürəni tapmaq və əmək müqaviləsi imzalamaq da daxil olmaqla, bir sıra digər tələbləri yerinə yetirmək məcburiyyətindədirlər.

İş axtaran ilk növbədə Almaniya iqtisadiyyatının bir sıra sektorlarında hazırda mütəxəssislərin çatışmazlığı olan sahələri bilməlidir. Bu, xüsusilə sənaye, informasiya texnologiyaları, tibb, maliyyə, elm və təhsil sahələridir. Yaxşı iş tapmaq üçün ali təhsil almanız, almanca və ya ingilis dilini bilməniz də bu şərtlərə aiddir. Eyni yamanda Sizin peşəniz və iş təcrübəniz Almaniyada tələb olunan peşələrə uyğun olmalıdır. Seçiminizi asanlaşdırmaq üçün 2018-ci ildə Almaniyada daha çox işçi tələb olunan peşələri diqqətinizə çatdırırıq:

1. Avtoçilingər

2. Avtoelektrik

3. Əbəçi-Akuşerka

4. Su-boru mühəndisi

5. Diplomu olan tibb baçısı

6. Mühəndis -mexanik

7. Tikinti mühəndisi

8. Elektrik mühəndisi

9. Soyutma və isitmə sistemləri üzrə mühəndis

10.Qaynar xətlərdə operator

11. Müxtəlif sahələr üzrə proqramçılar

12. Qaynaqçı

13. Kənd təsərrüfatı mütəxəssisi

14. Sosial işçi (yaşlı adamlara baxmaq sahəsində)

15. Mehmanxana və restoran biznesi, turizm üzrə mütəxəssis

16. Ali təhsil müəssisələri üçün müəllim və elmi işçilər

17. Müəllim-repetitor

18. Feldşer və təcili tibbi yardım sahəsində işçi

19. Maliyyəçi və mühasib

20. Energetik.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi