azia.az
azia.az

Əzizovdan göstəriş: bu qurumun fəaliyyəti dayandırıldı

18-10-2018, 14:26

Əzizovdan göstəriş: bu qurumun fəaliyyəti dayandırıldı

Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən Eldar Əzizov Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansındakı, sahibsiz heyvanlarla mübarizəyə cavabdeh olan Sanitariya və Texniki təmizlik İdarəsinin fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı göstəriş verib.

Aazia.az xəbər verir ki, bu barədə Unikal.org-a Bakı Şəhər İcra Hakimiyyətinə istinadla məlumat yayıb.

Bildirilir ki, Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən idarədə təmir-tikinti işləri aparılır. Yeni layihədə heyvanlar üçün müasir sığınacaqların salınması və müasir mərkəzin qurulması nəzərdə tutulur. Bu səbəbdən də sahibsiz küçə heyvanları ilə bağlı müraciətlərə baxılmır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi