azia.az
azia.az

İşdən çıxanların borcunu kim ödəyəcək? — Açıqlama

Bu gün, 09:34

Kredit götürən şəxslərin işini itirməsi, əmək qabiliyyətini müvəqqəti itirməsi və ya digər gözlənilməz hallarla üzləşməsi aylıq ödənişlərdə çətinlik yarada bilər. Belə hallarda kredit sığortası vətəndaşın maliyyə yükünü müəyyən müddətə azalda bilər.

Kredit götürən şəxs işini itirdikdə sığorta şirkəti onun kredit borcunu hansı şərtlərlə və nə qədər müddətə ödəyə bilər? Bu sığortadan yararlanmaq üçün hansı tələblər yerinə yetirilməlidir?

Sığorta eksperti Vüsal Bədəlov Demokrat.az-a açıqlamasında bildirib ki, hazırda istehlak kreditləri ilə bağlı əsas məsələlərdən biri də onların sığortalanmasıdır.


İşdən çıxanların borcunu onlar ödəyəcək — Açıqlama


Onun sözlərinə görə, sözügedən sığorta məhsulu əsasən kredit götürən şəxsin işsiz qalması, əmək qabiliyyətini itirməsi və ya ödəmə qabiliyyətinin zəifləməsi hallarında tətbiq olunur:

"Bu, vətəndaşın kredit götürdüyü zaman həmin borcun tamamilə sığorta şirkəti tərəfindən ödənilməsi demək deyil. Xarici təcrübədə bu mexanizm əsasən belə işləyir ki, şəxs kredit götürdükdən sonra işsiz qalarsa, müəyyən müddət ərzində onun aylıq kredit ödənişlərini sığorta şirkəti qarşılayır. Burada gözləmə müddəti də nəzərdə tutula bilər. Həmin müddətdə yaranan gecikmə faizlərinin və dəbbə pullarının ödənilməsi də sığorta müqaviləsinin şərtlərindən asılıdır. Bu sığortanın əsas üstünlüklərindən biri bankların qarşılaşdığı problemli kreditlər məsələsinin müəyyən qədər həllinə kömək etməsidir. Çünki kredit ödənişlərində gecikmələrin yaranmasının səbəblərindən biri də insanların işsiz qalması və gəlirlərini itirməsidir. Bu riskin sığortalanması həmin problemin qarşısını almağa kömək edə bilər. Digər tərəfdən, hazırda işləyən və kredit götürmək istəyən insanlar da belə bir təminatın mövcudluğu şəraitində daha rahat qərar verə bilərlər. İnsanların kredit vasitəsilə müxtəlif məhsul və xidmətlər əldə etməsi isə daxili iqtisadiyyatda tələbatın artmasına, bununla da həm istehlakçılara, həm istehsalçılara, həm də ümumi iqtisadi aktivliyə müsbət təsir göstərə bilər".





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi