Türkiyənin Menderes Bələdiyyəsinin sədri İlkay Çiçəyin sevgilisi ilə yazışdığı etik çərçivədən kənar şəxsi mesajları üzə çıxıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu mesajlardan sonra CHP Menderes Bələdiyyəsinin sədri İlkay Çiçəyi partiyadan qəti şəkildə xaric edilməsi tələbi ilə intizam komissiyasına göndərib.
Cümhuriyyət Xalq Partiyasında (CHP) Menderes Bələdiyyəsinin sədri İlkay Çiçək barəsində intizam prosesi başladılıb.
CHP-nin Baş katibi və İzmir millət vəkili Rıfat Nalbantoğlu yazılı açıqlamasında bildirib ki, İlkay Çiçək müvəqqəti tədbir tətbiq edilməklə partiyadan qəti xaric olunması tələbi ilə intizam komissiyasına göndərilib.
Nalbantoğlu bildirib ki, qərar CHP-nin əsas prinsipləri, partiya nizamnaməsi və təşkilati-intizam qaydaları çərçivəsində aparılan qiymətləndirmələr nəticəsində qəbul edilib.