azia.az
azia.az

Bu qrup üzrə bəzi ixtisaslarda keçid balları enə bilər - Ekspertdən PROQNOZ

Bu gün, 19:36

“Bu il I və IV qrup üzrə yüksək bal toplayan abituriyentlərin sayı daha çoxdur. Sonrakı yerdə III qrup gəlir. Nisbətən II qrupda yüksək bal toplayanların sayı azdır. Bu da digər qruplarla müqayisədə II qrup üzrə yüksək keçid ballı ixtisaslarda müəyyən qədər enmənin müşahidə olunmasına səbəb ola bilər”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi səsləndirdi.

Ekspert qeyd etdi ki, II qrupda kritik məqam ondan ibarətdir ki, burada 150-500 bal aralığında nəticə göstərən abituriyentlərin sayı daha çoxdur.

“Bu səbəbdən ötən illərdə keçid balları 500 bala qədər formalaşmış ixtisaslarda bu il artım müşahidə oluna bilər. Söhbət məhz II qrupdan gedir. Qaldı ki, IV qrupda yüksək bal toplayanlara, bu il 600-dən yuxarı bal toplayanların sayı çoxluq təşkil edir. Bu da onu deməyə əsas verir ki, tibb yönümlü ixtisaslarda keçid balları yüksək formalaşacaq. İstər Qarabağ Universitetində, istər Azərbaycan Tibb Universitetində, istərsə də Naxçıvan Dövlət Universitetində bu tendensiyanın müşahidə olunacağı gözlənilir. IV qrupun digər ixtisaslarına gəlincə isə, yeni perspektivli ixtisaslar – biotexnologiya, psixologiya və biologiya (tədrisi ingilis dilində olan) ixtisaslarında da keçid ballarında artım qeydə alına bilər”, – deyə Elçin Əfəndi yekunlaşdırdı.

Xədicə BAXIŞLI


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi