Uşaqlarda aqressiya və inadkarlığın arxasında gizlənən təhlükə
Uşağın şıltaqlığı, inadkarlığı və ya aqressiv davranışı çox vaxt onun xarakterinin çətinliyi ilə deyil, daxili qorxu və gərginliklə bağlı ola bilər.
Bildirilir ki, Rusiyalı Uşaq psixiatrı Kristina Perepeçinanın sözlərinə görə, uşaq psixikası hələ tam formalaşmadığı üçün onlar öz daxili narahatlıqlarını sözlərlə ifadə etməkdə çətinlik çəkirlər, bu da özünü etiraz davranışı, məktəbdən və ya həmyaşıdları ilə ünsiyyətdən imtina kimi büruzə verir. Xüsusilə başqalarının tənqidindən qorxan və böyüklərin gözləntilərini qarşılamağa çalışan uşaqlarda bu gərginlik zamanla sinir sistemini tamamilə zəiflədir. Nəticədə yaddaş və diqqət pisləşir, emosiyaların idarə edilməsi çətinləşir və hətta ən kiçik bir qadağa belə güclü aqressiyaya səbəb olur. Mütəxəssis vurğulayır ki, narahatlıqdan qaynaqlanan inadkarlıq sadəcə uşağın öz dediyini etdirmək istəyi deyil, onun daxili diskomfortla mübarizə üsuludur. Belə vəziyyətlərdə uşaqlarda stres hormonlarının artması fonunda üz qızarması, tərləmə və əsmə kimi fiziki əlamətlər də müşahidə olunur və bu davranışlar əsasən yeni, qeyri-müəyyən mühitlərdə kəskinləşir. Valideynlərə bu cür hallarla qarşılaşdıqda vaxt itirmədən pediatr, uşaq psixoloqu, psixoterapevt və ya nevroloqa müraciət etmək tövsiyə olunur.
Nilay