Müavinət və Prezidentin aylıq təqaüdü ilə bağlı VACİB MƏLUMAT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-may aylarında 1 milyon 21 min şəxsə 937 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.
Bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Ödənilən vəsait keçən ilin müvafiq dövrünə nisbətən dövlət büdcəsi hesabına müavinətlər üzrə 15 faiz, təqaüdlər üzrə isə 17 faiz çox olub.
Yanvar-may aylarında daha 64 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 944 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.