“İnsan Hüquqları Aylığı” çərçivəsində “Gəncədə hüquqi maarifləndirici tədbir keçirilib
“İnsan Hüquqları Aylığı” çərçivəsində “Gəncədə hüquqi maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Gəncə şəhər 4-saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin sakinlərinin və əməkdaşlarının iştirakı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi” mövzusunda hüquqi maarifləndirici tədbir keçirilib.![]()
Regional Mərkəzin rəhbəri Səbuhi Abbasov tədbirdə çıxış edərək ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, sosial təminatı, reabilitasiya və cəmiyyətə inteqrasiyası sahəsində məqsədyönlü işlərin aparıldığını bildirib, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinin Ombudsmanın əsas fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edib.
Tədbirdə iştirakçılara “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Psixiatriya yardımı haqqında” qanunların müddəaları barədə ətraflı məlumat verilib, psixonevroloji müəssisələrdə müalicə alan şəxslərin hüquq və azadlıqlarının təmini istiqamətində Ombudsmanın fəaliyyəti diqqətə çatdırılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.