azia.az
azia.az

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Bu gün, 20:58

Ermənistanda parlament seçkilərinə bir gün qalıb. Sabah ölkə vətəndaşları seçki bülletenində 18 siyasi partiya və ittifaq arasında seçim edəcəklər.

 

İyunun 6-sı Ermənistanda “sükut günü”dür.

 

Qanunvericiliyin xüsusiyyətlərinə görə, bu və ya digər qüvvəyə əlavə mandatların verilməsi üçün normalar olmadığı təqdirdə, ən azı 105 deputat seçiləcək. Ermənistan parlamenti proporsional sistem üzrə, yəni yalnız partiya siyahıları ilə seçilir. Ermənistan Milli Məclisinin 9-cu çağırışında yerlər uğrunda 18 siyasi qüvvə mübarizə aparır. Onlardan 16-sı siyasi partiya, 2-si isə partiya ittifaqıdır. Parlamentə daxil olmaqdan ötrü limit partiyalar üçün 4 faiz, ittifaqlar üçün isə 8 faizdir.

 

Vətəndaşlar və media seçkilərdə favoritləri kimi üç əsas namizədi göstərir. Bunlardan birinci yeri indiki Baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası, ikinci yeri Samuel Karapetyanın "Güclü Ermənistan" alyansı və üçüncü yeri keçmiş prezident Robert Köçəryanın "Ermənistan" alyansı tutur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi