Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb
ABŞ Prezidenti Donald Tramp ölkənin Azərbaycandakı səfiri vəzifəsinə Virciniyadan olan Aleksandr Oldenin namizədliyini irəli sürüb.
Bu barədə "Report" Ağ Evin saytına istinadən xəbər verir.
Məlumata görə, ABŞ lideri Virciniya ştatını təmsil edən Oldenin Bakıdakı diplomatik missiyanın rəhbəri postuna təyin edilməsi barədə sənədi Senata göndərib.
Hazırda ABŞ-nin Azərbaycandakı diplomatik missiyasının rəhbəri vəzifəsini müvəqqəti işlər vəkili Emi Karlon icra edir. Əvvəllər səfir postunu Mark Libbi tutub.