Trampın gözlədiyi XƏBƏR gəldi – TARİX AÇIQLANDI
İranın ABŞ ilə mövcud böhranı aradan qaldırmaq üçün yeni sülh təklifi hazırladığı iddia olunur.
NOCOMMENT.az xəbər verir ki, ABŞ mediasında yayılan məlumatlara görə, Tehran administrasiyası yenidən işlənmiş sənədi cümə gününə qədər Vaşinqtona təqdim edə bilər.
Bildirilir ki, Ağ Ev İranın daha əvvəl təqdim etdiyi yazılı təklifi qəbul etməyib. Vaşinqton administrasiyası bu qərarı təklifdə İranın nüvə ehtiyatları və uran zənginləşdirmə fəaliyyətlərinin yer almaması ilə əsaslandırıb. ABŞ tərəfi hesab edir ki, nüvə proqramı danışıqların əsas mövzusu olmalıdır və bu məsələ həll edilmədən hər hansı razılaşma mümkün deyil.
Məlumata görə, İranın ilkin təklifi əsasən Hörmüz boğazı və bölgədə mümkün dəniz blokadasına fokuslanmışdı. Lakin bu yanaşma Vaşinqton tərəfindən yetərsiz sayılıb.
ABŞ administrasiyası isə əksinə, Hörmüz boğazı ətrafında dəniz blokadasını Tehran üzərində təzyiqi artırmaq üçün ən effektiv vasitələrdən biri kimi qiymətləndirir. Vaşinqton hesab edir ki, bu addım İranın neft gəlirlərini məhdudlaşdıraraq onu daha geniş və konkret öhdəliklərə məcbur edə bilər.
Hazırda tərəflər arasında əsas fikir ayrılığı İranın nüvə proqramı ilə bağlıdır. ABŞ Tehranın bu sahədə aydın öhdəliklər götürməsini tələb edir. İranın isə bu məsələləri ilkin təklifdən çıxarması diplomatik prosesi dalana dirəyib.
Gözlər indi Tehranın təqdim edəcəyi yeni sülh planına yönəlib. Bu sənəd tərəflər arasında dialoqun bərpa olunub-olunmayacağını müəyyən edə bilər. Bununla belə, ABŞ-ın təzyiq siyasəti və İranın nüvə məsələsində sərt mövqeyi sülh prosesinin qarşısında əsas maneə olaraq qalır.
SARA