azia.az
azia.az

Milyonluq mənimsəmədə həbs edilən eks-maliyyə xidmət rəisi yenidən məhkəmə qarşısında

Bu gün, 09:53

Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissənin mənimsəməyə görə həbs edilən sabiq maliyyə-xidmət rəisi, kapitan Vahid Novruzlunun barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: Vahid Novruzlu Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı cinayət işindən ayrılmış epizod üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub.

 

Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 313-cü (vəzifə saxtakarlığı), 333.4 (Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən Vahid Novruzlu 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzasını 10 il 6 aya endirib.

 

Kamal Məmmədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi