azia.az
azia.az

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Bu gün, 12:46

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha çox artırır.

Ölkə.az xəbər verir ki, ətirli şam və ya tüstü yandırarkən mühitə aşağıdakı zəhərli qazlar yayılır:

Kükürd dioksid

Karbon monoksid (dəm qazı)

Azot oksid
Bu qazların təsiri siqaretdən gələn tüstüdən 4 dəfə daha güclü və təhlükəli ola bilər.

Sağlamlıq üçün risklər
Qısa müddətli təsirlər: Ağciyərlərdə, gözlərdə, burun və boğazda qıcıqlanma, öskürək, asqırma və tənəffüs çətinliyi.

Uzun müddətli təsirlər: Xroniki bronxit, ürək-damar xəstəlikləri və ağciyər xərçəngi riskinin artması.

Şamların yaydığı partikullar astma krizlərini tətikləyə bilər.

Təbii şamlar tam təhlükəsizdirmi?
Bəzi insanlar riskləri azaltmaq üçün təbii arı mumundan hazırlanan şamlara üstünlük verirlər. Lakin araşdırma göstərir ki, bunlar da tam təhlükəsiz deyil. Belə şamların tərkibindəki bəzi komponentlər otaq havasındakı ozonla reaksiyaya girərək zəhərli yan məhsullar yarada bilir.(milli.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi