azia.az
azia.az

Bu gün Azərbaycanda Su çərşənbəsidir

24-02-2026, 10:14

Bu gün Azərbaycanda ilk çərşənbə – Su çərşənbəsi qeyd olunur.

NOCOMMENT.az xəbər verir ki, su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlanır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur.

Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Bu çərşənbəni “Yalançı”, “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar. Xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır.

Qeyd edək ki, Od çərşənbəsi martın 3-də, Yel çərşənbəsi martın 10-da, ilaxır – Torpaq çərşənbəsi isə martın 17-də qeyd olunacaq. Bu il Yaz fəsli Azərbaycana 20 mart 18:45-də daxil olacaq. Nazirlər Kabinetinin qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi