<!--MBegin:http://azia.az/uploads/posts/2017-06/1498040813_usta_fehle_tikinti_004.jpg|-->
<!--MEnd-->
Sağ əlinə qurban olum, a qardaş
Deyirlər, nə gəlsə, yetimin başına gələr. Acından günorta qalxan, çörəyi daşdan çıxan Firudin günəmuzd işlədiyi binadan yıxılır. Sol qoluna “sınıq-çıxıq-əzik” diaqnozu qoyurlar. Firudin inildəyir, qolunun ağrısından dincələ bilmir. Qardaş-bacı, qohum-əqrəba tökülüb gəlir onun yanına. Hamı təəssüf hissi keçirdiyini bildirir, 4 bacısından üçü vay-şivən qoparıb ağlayır. Amma biri nədənsə əllərini göyə açıb: “Allah sənə şükür, sənə qurban olum, ay Allah” deyib durur, Firudinin canının ağrısı bir yana qalır, bacısına diqqətlə baxır.
-Ay bacı, sən Allah, niyə belə sevinirsən, başıma gələnə görə Allaha şükr edirsən?
-Bacın qurban, ay Firudin. Sevinirəm ki, sənin sağ deyil, sol qolun sınıb.
-A...Nə fərqi var ki. İkisi də mənim qolum deyilmi, onsuz da ağrını çəkirəm də...
-Yox baxma, sağ əl adama daha çox lazım olur. Bax sağ əlinlə yeməyini yeyə bilirsən, suyunu içə bilirsən, sol əlin isə o qədər də lazım olmur.
Vüsalə Qələndərli
azia.az