“Polis orqanlarında saxlanılan şəxslərin əsas təminatları – beynəlxalq standartlar” mövzusunda təlim keçirilib
Mətbuat xidmətindən Azia.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşkilatçılığı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasındaölkəmizdə elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində“Polis orqanlarında saxlanılan şəxslərin əsas təminatları – beynəlxalq standartlar” mövzusunda təlim təşkil olunub.
Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaaçılış nitqi ilə çıxış edib və təlimin işinə uğurlar arzulayıblar.
Müvəkkil çıxışı zamanıOmbudsman Aparatı ilə Daxili İşlər Nazirliyi arasında səmərəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu, insan hüquqlarının müdafiəsi istiqamətində hər iki qurumun qarşılıqlı əməkdaşlıq və vətəndaş məmnunluğunun təmin olunması prinsipləri əsasında fəaliyyət göstərdiyini bildirib.
Ombudsman Milli Preventiv Mexanizm mandatı çərçivəsində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən Daxili İşlər Nazirliyinin müəssisələrinə başçəkmələrin keçirildiyiniqeyd edib.
Müvəkkilbeynəlxalq standartlar barədə məlumatlılığın artırılmasının əhəmiyyətini vurğulayıb, o cümlədən Daxili Işlər Nazirliyinin əməkdaşları arasında maarifləndirmə işinin artırılmasının davam etdirilməsini önə çəkib.
Saxlanılan şəxslərin hüquq və azadlıqlarının qorunması, müvafiq qanunvericiliyintəkmilləşdirilməsi sahəsində həyata keçirilən maarifləndirmə işinin vacibliyini vurğulayan Ombudsmantəşkil ediləntəlimin müvafiq mövzu üzrə hüquq mədəniyyətinin artırılması baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Sonra tədbirdə Ombudsman Aparatının nümayəndələriOmbudsmanın Milli Preventiv Mexanizm fəaliyyətiçərçivəsində həyata keçirilən başçəkmələr,beynəlxalq standartlar və mexanizmlər, hüquqi yardım, polis nəzarətində saxlanılan şəxslərin əsas hüquqları və digər aidiyyəti sahələr üzrə görülən işlərbarədə geniş məlumat verib, təqdimatlar ediblər.
Yekunda mövzu üzrə ətraflı fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.