azia.az
azia.az

RUSİYADA HƏMYERLİMİZİN BAZARINA basqın EDİLDİ - VİDEO/ FOTO

12-04-2025, 08:37

Rusiyanın Krasnoyarsk vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlı milyonçu Rəşad Həsənovun Şimal magistralında yerləşən tərəvəz anbarına basqın ediblər.

Azia.az lent.az-a istinadla xəbər verir ki, əməliyyat nəticəsində 20 miqrant ərazidən uzaqlaşdırılıb.

Məlumata görə, müəssisədən 6 əcnəbi hərbi komissarlığa göndərilib, daha 3 nəfər isə çoxsaylı qanun pozuntularına görə ölkədən deport ediləcək.


İş adamı Həsənovun Krasnoyarsk diyarında bir neçə şirkəti olduğunu öyrənmək mümkün olub. Qeyd olunur ki, sahibkar regionun ən bahalı dövlət nömrə nişanlarından birinə malik "Rolls-Roys" markalı avtomobil sürür.

Həsənov təhlükəsizlik qüvvələrinin əməliyyatı ilə bağlı vəziyyəti şərh etməyib.

Məqaləyə dair fotomateriallar:



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi