azia.az
azia.az

“AzerGold” QSC Pakistandaölkələrarasıişgüzar görüş və beynəlxalq forumda iştirak edib

10-04-2025, 15:03

 İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Pakistan İslam Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirilib, müzakirələr aparılıb. Səfər çərçivəsində “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini Xəyyam Fərzəliyev İslamabad şəhərində Pakistan Mineral İnvestisiya Forumunda iştirak edib.

Forumda Pakistanın mədənçilik sahəsində potensialı, mövcud faydalı qazıntı yataqları barədə məlumat verilib, təbii ehtiyatlardan səmərəli istifadə, müasir texnologiya və innovasiyaların tətbiqivədağ-mədən sahəsinin dayanıqlı inkişafına dair müzakirələr aparılıb.

Qeyd edək ki, ölkə hüdudlarından kənarda fəaliyyətini genişləndirərək, beynəlxalq mədənçilik şirkətinə çevrilməyi əsas strateji hədəflərindən biri olaraq müəyyənləşdirən “AzerGold” QSC mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, xarici ölkələrlə əməkdaşlığın gücləndirilməsi, ortaq layihələrin icrası istiqamətində fəal iş aparmaqdadır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi