azia.az
azia.az

Bakı Sağlamlıq Mərkəzində 11 yaşlı uşağı komaya saldılar-STOMATOLOQUN..../VİDEO

2-03-2025, 08:34


KOMAYA DÜŞƏN UŞAĞIN VALİDEYNİNİN XƏZƏR TV- yə VERDİYİ MƏLUMATA GÖRƏ BAKI SAĞLAMLIQ MƏRKƏZİNDƏ ONUN UŞAĞI STOMATOLOQUN YANLIŞ MÜDAXİLƏSİ NƏTİCƏSİNDƏ KOMAYA DÜŞÜB. Oksigen çatışmazlığı nəticəəsində beyn zədələnməsi baş verib. 

“Fevralın 21-də 11 yaşlı qızım Xədicənin iki dişinə plomb qoyulması üçün Bakı Sağlamlıq Mərkəzinə müraciət etdik. Lakin uşağa heç bir müayinədən keçirmədən, etirazımızın olmasına baxmayaraq narkoz verdilər. Narkozun dozası çox olub, ya nəzarətsiz qalıb, bilmirik. O vaxtdan vəziyyəti ağırlaşdı və komaya düşdü”. 

bu şikayətlə Toplum TV-yə uşağın atası Zamin Babayev müraciət edib. 

Valideynin sözlərinə görə, onlar uşağın dişlərini sedasiya üsulu ilə düzəltdirmək istəyiblər: “Bakı Sağlamlıq Mərkəzində həkim Bəhruz Rüstəmov israrla uşağa narkoz verilməsini istəyib. Bizim tərəfimizdən isə buna etiraz olunub. Nərmin adlı anestezioloq həmin vaxt təcili əməliyyatının olduğunu, həmçinin kabinetdə oksigen xəttinin olmamasını deyib. Lakin buna baxmayaraq uşağa narkoz veriblər. Biz ora sedasiya ilə bağlı yaxınlaşmışdıq və uşaqda yüngül allergiya olduğunu da bildirmişdik. Hətta özümüz narkoz tələb etsəydik belə, uşaq bəzi müayinələrdən keçirilməli, ürəyi yoxlanılmalı idi”. 

 "Yarım saaat ərzində uşağı kimaya saldılar"-deyə bildirilir. Uşağın dişiinin müalicəsi və dişlərindən birinə blomb qoyulması üçün həkimə müraciət edən valideyn indi ölüm-qalım ayağında olan uşağını qurtarmağa çalışır. 5-ci sinif tələbəsi, 11 yaşlı qızını hal-hazırda Mərkəzi Klinik xəstəxanaya yerləşdiriblər. Verilən məlumata görə dürümü yaxşı deyil. Video bu linkdədir:

https://www.youtube.com/shorts/qGdJ8cgddM8


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi