azia.az
azia.az

BU DÜKANDA mal əti adı ilə camış və at əti satırlarmış - DİQQƏT/FOTO

Dünən, 18:00

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Yasamal rayonunun A.M.Şərifzadə küçəsində fəaliyyət göstərən fiziki şəxs Vüqar Vəliqulu oğlu Bayramova və Ə.Əhmədov küçəsində fəaliyyət göstərən fiziki şəxs Elnur Misir oğlu Əliyevə məxsus məntəqələrdə mal əti adı altında satışa çıxarılan ətdə laborator müayinəsi nəticəsində camış və at DNT-ləri aşkarlanıb.

Xəbər verilir ki, bu barədə AQTA məlumat yayıb.

Faktla bağlı qanunvericilik çərçivəsində zəruri tədbirlər görülüb, bu məntəqələrin fəaliyyəti dayandırılıb. Araşdırmalar davam etdirilir.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi