azia.az
azia.az

“Cin Mübariz”i öldürdüyünü iddia edən erməniyə polkovnikdən TUTARLI CAVAB

Dünən, 20:24

Son günlər Xocalı qatillərindən olan Levon Minasyanın gürcü bloqer Tako Tamunaya verdiyi müsahibə müzakirələrə səbəb olub. 

Özünü general kimi təqdim edən cəllad müsahibədə  ermənilərin Xocalıda soyqırmı törətdiyini etiraf edib: 

“Xocalı mənim işimdir… Saysız-hesabsız adam qırdım. Onların neçəsinin başını kəsdiyimi belə xatırlamıram. Azərbaycanlılar da indi məni axtarır”. 

O, həmçinin Birinci Qarabağ müharibəsində döyüşmüş, 811 saylı Laçın Alayının əfsanəvi döyüşçülərindən biri, Mübariz Əsgərov haqqında da sərsəm iddialar səsləndirib. Minasyan “Cin Mübariz” ləqəbli qəhrəmanımızla silahsız vəziyyətdə döyüşdüyünü, daha sonra onun başını kəsdiyini iddia edib. Lakin həmin dönəm müharibədə iştirak edənlər özünü general hesab edən bu cəlladın Mübariz Əsgərov haqqındakı fikirlərinin yalandan ibarət olduğunu deyirlər.

Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Laçın dağ-atıcı alayının  (811 saylı Laçın alayı) yaradıcısı və ilk komandiri, Birinci Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik Arif Paşa məsələ ilə bağlı “Cebheinfo.az”-a danışıb. 

O, Minasyanın “Cin Mübariz” haqqındakı fikirlərinin həqiqəti əks etdirmədiyini deyib:

“Əslində, Minasyan heç vaxt Mübarizlə dediyi kimi döyüşə bilməzdi. Çünki ermənilərin atdığı “F-1” markalı qumbara nəticəsində Mübariz iki ayağını itirmişdi. O vaxt bizim kəşfiyyatçılar Ermənistanın Şamsuz kəndinin ərazisində bir obyektə girmişdilər. 

Ermənilərin atdığı qumbaranın qəlpələri onun hər iki ayağını üzmüşdü. Yəni Mübariz ayaq üstə deyildi ki, həmin erməni ilə əlbəyaxa döyüşəydi. Minosyan sadəcə özünü “qəhrəman” kimi qələmə verməyə çalışır”. 

Həmsöhbətimiz xatırladıb ki, Mübariz Herakl kimi güclü olub: 

“Heç bir erməni onunla üz-üzə gəlməyə cəsarət edə bilməzdi. Mübariz döyüşdə ayaqlarını itirməsinə rəğmən, indi Minosyan onunla əlbəyaxa döyüşdüyünü iddia edir. O, bununla da yalan dediyini təsdiqləyir. Həmçinin, Minosyanın Mübarizin başını kəsdiyi iddiası da həqiqəti əks etdirmir. 

O vaxt biz Mübarizin nəşini nə qədər axtarsaq da, tapa bilmədik. İndiyə kimi onun sonrakı taleyi barədə məlumat yoxdur. Hətta ermənilər özləri də axtarsalar da, Mübarizin meyitini tapa bilmədilər. Sadəcə olaraq onun ayaqqabısının bağı tapılmışdı. Ermənilər “Mübariz bizdə olsaydı, öldürüb cəsədini verərdik, amma bizdə yoxdur” deyirdilər”. 

Polkovnik vurğulayıb ki, ermənilər sadəcə Mübarizin meyitini doğraya bilərlər:

“O, sağ ikən ona qarşı bu addımı atmağa cəsarət edə bilməzlər. Lakin belə bir versiya da yoxdur. Çünki indiyə kimi müxtəlif şayiələr dolaşıb, amma dəqiq məlumat olmayıb. Biz heç vaxt əsirə əl qaldırmamışıq, cəsəd doğramamışıq. Lakin ermənilər vəhşi olduğu üçün belə addımlar atırdılar. Biz türk, Azərbaycan döyüşçüləri olaraq həmişə döyüşçü qürurunu gözləmişik. Ermənilər isə döyüşçü deyillər, sadəcə qatillərdir”.

Arif Paşa qeyd edib ki, Minasyan mülki əhaliyə qarşı soyqırımı törədə biləcək potensiala sahib biri olub:

“Erməni döyüşçüləri qadına, uşağa, yaşlılara əl qaldıra bilərlər. Özünə hörmət qoyan ləyaqətli döyüşçü qadına və ya uşağa toxunmaz. Kişi kişi ilə döyüşər. Minasyanın qadına, uşağa, yaşlılara qarşı vəhşilik etməsi inandırıcıdır. Bu, elə bir xislətə sahib adamdır. Çox güman ki, həmin addımları bu da atıb. O, bunları deməklə guya özünün “qəhrəman” olduğunu düşünür.

Erməni ancaq buna qadirdir. Biz erməni döyüşçüləri ilə çox qarşı-qarşıya gəlmişik. Onların nə olduğunu, döyüşmək qabiliyyətlərinin hara kimi olduğunu çox gözəl bilirik. Erməni döyüşçülərinin gücü elə ancaq günahsız, dinc sakinlərə, uşaqlara, qadınlara, hamilələrə və yaşlılara çatar”. 

Elmir Mustafa 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi