azia.az
azia.az

Sanitar Təmizlik İdarəsi 80 minlik borcunu ödəmədiyi üçün məhkəməyə verilib-TƏCİLİ

24-02-2025, 14:48

Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi 80 minlik borcunu ödəmədiyi üçün məhkəməyə verilib.

Musavat.com xəbər verir ki, idarə MMC-lərdən birindən 150 ədəd zibil qutusu alıb. Lakin müqavilə öhdəliyini yerinə yetirməyərək ödənişi etməyib.

MMC 2023-cü ildən ödənişini ala bilmədiyi üçün məhkəməyə üz tutub.

Məhkəmə MMC-nin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinə qarşı iddiasını təmin edib. Məhkəmə qərarına əsasən idarədən 80 min tutularaq MMC-yə ödənilməlidir.

İ.Muradov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi